adv

Tam mətn

Ön şüşədəki qara nöqtələr nədir?

21-ноя, 18:41 Avtoməsləhət 51 0 Нравится (0)


Bu qara ləkələrin adı fritt-dir. Onların üzərindəki rəng qatı isə keramikadır. Bu keramik boyanın başlıca məqsədi şüşənin yapışdırıldığı mastikləri ultrabənövşəyi şüalardan qorumaqdır. Günəş şüaları yapışqanın tərkibindəki poliuretana mənfi təsir göstərib, tərkibini dəyişə bilir. Yəni şüşələrin kənarlarındakı qeyri-şəffaf qara zolaq bu halın qarşısını alır. Bu üsulla mastiklər şüşəyə daha tez yapışır. Bu isə daha təhlükəsiz nəqliyyat hərəkəti deməkdir.

Digər xüsusiyyətlərindən biri də dekorativ funksiyasının olmasıdır. Bu qara zolaq sayəsində gözünüz mastikdən şəffaf şüşəyə keçid prosesində yorulmur. Frittin daha bir üstünlüyü də odur ki, bahalı şüşəni saxtadan seçməyə kömək edir. Çünki saxta məhsulların üzərindəki nöqtələr səliqəsiz və keyfiyyətsiz olur.